Bakı ş., Binəqədi
Nəsimi metr-nun çıxışı
+994 77 280 34 34
24/7 Cavablandırma xidməti
Bizə mail göndərin
Nəsimi metr-nun çıxışı
24/7 Cavablandırma xidməti
Bizə mail göndərin
Ümre (Ümrə ziyarəti) Həcc mövsümü xaricində istənildiyi zaman ehram geyib təvaf və say edərək təhliq (saçı qırx-maq) və təksirdən (saçı qısaltmaq) ibarətdir. Ümrə ziyarət deməkdir. Fiqhi tərifi, həcc vaxtından asılı olmayaraq ehrama girərək Kəbəni təvaf, say etmək və təraş olmaq deməkdir.
Ümrə Turları və qiymətləri: Ümrə turlarının qiymətləri və tarixləri haqqında məlumat üçün aşağıdakı linkə klik edə bilərsiniz:
Ümrənin fərzləri:
Məkkəyi-Mükərrəməyə miqat yerinin xaricindən gələnlər üçün həccin miqat yerləridir. Hilldə olanların miqat yeri Hilldir. Məkkədə olanların istər Məkkəli olsun, istərsə Məkkəli olmasın, ümrə üçün miqat yeri Hilldir. Bunlar haram bölgəsi xaricinə çıxaraq (Tənim, Hüdeybiyə, Ciranə) ehrama girərlər.
Quran və hədisdə ümre sözü qeyd edilmişdir. Quranda: “Allah üçün həcc və ümre edin” ifadəsi hədisdə: “İki ümrə arasındakı kiçik günahların kəffarəsidir” formasındadır. Ümrə ziyarəti Hənəfi və Maliki məzhəblərində sünnə, Şafi və Həmbəli məzhəblərində fərzdir. Həyatın istənilən vaxtında edilə bilər. Bir-birinin ardınca həcc və ümrə etmək tövsiyə olunur.
Ümre ziyarəti, ən şərəfli və ən əfzəl ibadətlərindəndir. Belə ki, bu ibadətlə Allah təalə bəndələrinin dərəcələrini yüksəldər, günahlarını əfv edər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı
olsun) də söz və əməllə insanları bu ibadətə təşviq etmiş və demişdir: «Bir ümre, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir». Həmçinin digər hədisdə deyilir: «Həcc və ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin cənnətdən başqa savabı yoxdur».
Eləcə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özü ümre etmiş, səhabələri də onunla bərabər sağlığında həcc etmiş və bundan sonra da onu davam etdirmişlər.
Quranda qeyd olunur: “Həcci və ümreni Allah üçün kamil yerinə yetirin” Həcc ziyarəti üçün xüsusi günlər vardır. Ümumiyyətlə, ziyarət miqat adlanan 5 yerdən birində ehram bağlanma ilə başlayır. Azərbaycanlı zəvvarlar əsasən Mədinə yaxınlığında yerləşən Şəcərə məscidində ehram paltarı geyinirlər. Birinci ehram ümreyi-təməttö üçündür.
Bundan sonra Məkkə şəhərinə köç edib, əvvəlcə Kəbəni 7 dəfə təvaf edib, təvaf namazı qılınır, sonra isə Səfa və Mərva dağları arasında 7 dəfə səy edilir. Bundan sonra təqsir edib ümreyi-təməttönü yekunlaşdırıb ehramdan çıxırsan. Bu əməllər Zihiccə ayının 9-u gecəsinə qədər yekunlaşmalıdır. Zihiccə ayının 9-u Ərəfə günüdür. Buna qədər Həcci-təməttö üçün ehram geyilir. Zəvvarlar zilhiccə ayının 9-u günorta azanından şam azanına qədər Ərəfat çölündə vüquf edirlər. Şam azanından sonra isə Müzdəlifə çölünə köç edirlər. Burada hər bir zəvvar böyük, orta və kiçik əqəbələrə atmaq üçün ən azı 49 ədəd noxud böyüklüyündə daş yığır.
Zihiccənin 10-u Müzdəlifə çölündə sübh azanından gün çıxana qədər vüqüf edib, Minaya köç edirlər. Həmin gün Minada Böyük cəmərəyə 7 daş atıb, qurban kəsir və həlq etdirirlər. Bundan sonra ehram paltarından çıxırlar. Daha sonra isə zilhiccənin 11-i növbə ilə kiçik, orta, böyük cəmərənin hər birinə 7 daş atılır. zilhiccənin 12-də bu əməl günorta azanına qədər təkrar olunur. Azandan sonra zəvvarlar yenidən Məkkəyə köç edirlər. Daha sonra Kəbəni təvaf edib, təvaf namazı qılır, Səfa və Mərva arasında say edib namaz qılırlar. Bütün bunlardan sonra isə Nisə təvafı yerinə yetirilir. Müstəhəbdir ki, Məkkəni tərk etmədən öncə vida təvafı yerinə yetirilsin.
Ümrəçi ümrə ziyarətinə getmək üçün əvvəlcə təyyarə ilə Ciddəyə getsə (Məkkəyə getmək üçün) Miqatdan ehramsız keçə bilmədiyi üçün təyyarədə və ya hətta doğulduğu şəhərdə ehrama girə bilər. (Ciddə Mikatın sərhədləri içərisindədir.) Ehram iki parçadan ibarət olub ağ dəsmaldan düzəldilmişdir və tikişsiz olur. Başın açıq, ayaqların çılpaq olması tələb edilir. Ehramla bərabərlik, qardaşlıq və ölülərə bənzərliyə diqqət çəkilir. Ehramla məşğul olduqda cinsi əlaqə, döyüşmək və söyüş söymək qadağandır. Ümrəçi ehrama girməmişdən əvvəl dırnaqlarını kəsir, dəstəmaz alır, üzünü qırxır, ayaqları çılpaq olur, çanta və kəmər daşıya bilər. Normal paltar, əlcək, corab və ayaqqabı qadınlar üçün caizdir.İki rükət namazı ehramın sünnəsi kimi qılınır. Məkkəyə Təlbiyə, Təkbir və təhlillər ilə daxil olurlar.
Kəbəni ziyarət edərkən təkbir və təlbiyəylə içəri girirlər. Təlbiyə ucadan edilir. Hacerül Aswad civarından başlayaraq Kəbənin ətrafında yeddi dəfə dövrə vururlar. Bu dövrə zamanı iztiba və rəməl edilir. İztiba ridanın bir ucunu sağ qoltuq altından keçirib sol çiyin üstünə atmaqdır. Sağ çiyin və qol açılır. Rəməl, kişilərin qısa addımlarla qaçış kimi getmələri deməkdir. Təvafdan sonra təvaf namazı qılınır. İki rükətdir. Ayrı bir vacib namazdır.
Ümreçi namazdan sonra Səfa təpəsindən başlayaraq Mərvəyə gediş-gəliş formasında 4 gediş və 3 gəliş edərək ziyarət etməlidir. Ziyarətdən sonra təraş olinur, ehramdan çıxır və ümrəni bitirir. Ümrədəki Həccdə
olduğu kimi Ərafat, Mina, Müzdəlifə, qudum və vida yoxdur. Əgər istəyərsə Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət edir.
Ümrədə ziyarət üçün digər yerlər; Mədinədə Məhəmməd peyğəmbərin türbəsi, Quba məscidi, Cümə məscidi, Qibləteyn məscidi, Səba məscidi, Cənnət-ül Baqi qəbiristanlığı, Bulud məscidi, Uhud şəhidlərinin məzarı. Məkkədə Məhəmmədin anadan olduğu ev, Cənnət-ül Mualla, Nur dağı, Sevr mağarası, Cin məscidi
və Cəbəli Kubeys görməli yerlərdir.
TƏVAF nədir?
Həcc və ya ümre vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və
habelə “Nisa” təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq (“şut”) vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır.
Həcərül-əsvədə çatdıqda bir “şut” sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir “təvaf” əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır.
Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır.
Say Nədir?
Say: həcc və ümrənin mənasikindən (vaciblərindən) olub Səfa ilə Mərvə təpələri arasında yeddi dəfə gedib gəlməkdir. Allahu Təala Həcər anamızın itaət və sədaqətinə görə ümrə və həcci əda edən hər kəsə onun kimi say etməyi vacib etdi.
Ümrəm.az olaraq ümrə və həcc ziyarətlərini yüksək keyfiyyətlə təşkil edirik. Məkkə və Mədinə şəhərlərində müqəddəs ziyarət yerlərini, onların tarixini və ziyarət səbəbini təcrübəli mütəxəssislərimiz sizə ətraflı şəkildə izah edirlər.
Ümrə ziyarəti ilə bağlı Verə biləcəyiniz digər suallar:
Aşağıdakı formu dolduraraq bizə göndərə bilərsiniz. Sizinlə gün ərzində əlaqə saxlayıb məlumat verəcəyik:
Bizimlə aşağıdakı bölmədən əlaqə qura bilərsiniz. Sosial media hesablarımızdan bizi izləyərək davamlı olaraq yeni turlarımızla tanış ola bilərsiniz:
Ətraflı məlumat və ya qeydiyyat üçün formu doldurun. Sizə zəng edib məlumat verək.